Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Covid-19-un gizli geni tapılıb

Covid-19-un gizli geni tapılıb

Tarix: 28 Noyabr 2020 21:42

Covid-19-un genetik kodunda gizli gen tapılıb.

Amerika Təbiət Tarixi Muzeyinin bioinformatika mütəxəssisi Chase Nelsonun rəhbərlik etdiyi tədqiqat qrupu, Covid-19-un genomunda indiyə qədər diqqətdən kənarda qalan bir gen aşkarlayıb. Bu kəşf antivirus dərmanları vasitəsilə koronavirusa nəzarət etmək üçün yeni metodların tapılmasına səbəb ola bilər. Bir növ üst-üstə düşən bir gen olan, başqa sözlə "gen içində gen" olan ORF3d-nin digər genlərin kodlanmış ardıcıllığı ilə üst-üstə düşdüyü üçün nükleotid ardıcıllığında təsirli bir şəkildə gizləndiyi vurğulanıb.

Bu genin genom ölçüsü baxımından Covid-19-un mövcud olan ən uzun RNT virusları arasında olduğu, bu səbəbdən digər RNT viruslarından daha aldadıcı ola biləcəyi ifadə edilib.

Hələ ORF3d-nin funksiyasını və ya klinik bir əhəmiyyətə sahib olub-olmadığını bilmədiklərini deyən C.Nelson, bununla yanaşı bu genin antikor reaksiyasından fərqli olaraq T hüceyrə reaksiyası ilə müəyyənləşdirilməsinin nisbətən mümkün olmadığını təxmin etdiklərini deyib.

Alim deyib ki, üst-üstə düşən genlərin mövcudluğunu və necə işlədiyini bilmək, koronavirusa qarşı yeni nəzarət üsulları, antivirus dərmanların kəşfinə kömək edə bilər.


Etiketlər:  Covid gizli geni tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ