Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 10:18
Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, qarın hündürlüyü Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr olub. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə yaxın qar yağıb. Dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.