Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mielomanın kliniki mənzərəsi

Mielomanın kliniki mənzərəsi

Tarix: 1 Dekabr 2020 07:33

Xəstəliyin əsas böyük əlamətləri sümük iliyi, zülal patologiyası və visseral sindromların olması ilə müəyyənləşir.
Sümük iliyi sindromu mielom hüceyrlərin sümük iliyində proliferasiyası ilə əlaqədardır ki, bu da sümük maddəsinin dağılmasına səbəb olur. İlk növbədə xəstələrdə destruktiv (osteoliz və osteoparoz) əlamətlər meydana çıxır. Bu əvvəlcə  proses yastı sümüklərdə və fəqərələrdə sonra isə lülə sümüklərində inkişaf edir. Sadalanan proseslər nəticəsində xəstələrdə aşağıdakı patologiyalar əmələ gəlir:
- hiperkalsiemiya, patoloji sınıqlar
- periferik qanda anemiya, leykopeniya, trombositopeniya
- sümük iliyində metaplaziya.
Zülal patologiyası sindromu plazmatik hüceyrələr tərəfindən monoklonal paraproteinin ifrazının azalmış hasilatı ilə əlaqədardır. Zülala patologiyaları sindromu xəstələrədə aşağıdakı əlamətlərin meydana çıxmasına səbəb olur:
- mieloid nefropatiya
- paraamiladioz
- hemorragik diatez
- özlülüyün artması sindromu
- periferik nefropatiya
- antitellərin defisit sindromu.
Visseral sindrom daxili orqanların leykemik infiltirasiyası ilə xarakterizə olunur. 10-12% hallarda xəstələrdə spelonomeqaliya və hepatomeqaliya müəyyən olunur. Şiş infiltitasiyası bütün orqanlarda baş verə bilir, lakin onlar heç bir klinik əlamət vermir. Bu səbəbdən də xəstələrin şikayətləri olmur.


Etiketlər:  Mielomanın kliniki mənzərəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ