Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2019 14:24
Bakı. Trend:
Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Xorvatiyanın Umaq şəhərində 12-21 yaşlılar arasında Dünya Karate Federasiyasının (WKF) Kuboku turnirini, eyni zamanda Gənclər Liqası yarışını 2 qızıl, bir gümüş və 3 bürünc medalla başa vurublar.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Gənclər Liqasında yarışın son günü Hüseyn Məmmədlinin (-61 kq, 16-17 yaşlı gənclər) qazandığı gümüş medalla, idmançılarımızın mükafatlarının sayı 6-ya çatıb. Əvvəlki günlərdə isə Ramil Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) və Sultan Hüseynov (-55 kq, 16-17 yaşlı gənclər) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
WKF Kubokunda 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) və Hümmət Baxşəliyev (-67 kq) qızıl medala, Fidan Teymurova (-50 kq) isə gümüş mükafata sahib olub. Yeniyetmə və Gənclər milli komandasının baş məçqisi Anar Allahverdiyev payız aylarında Çilidə Dünya çempionatına hazırlıq baxımından nəticəni uğurlu hesab edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin