Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qadını ərə getmək xoşbəxt edir'' - Tünzalə Ağayeva

''Qadını ərə getmək xoşbəxt edir'' - Tünzalə Ağayeva

Tarix: 1 Dekabr 2020 19:05

Xalq artisti Tünzalə Ağayeva "MTV özəl" proqramının qonağı olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni ona tez-tez ünvanlanan "Tünzalə xanım, çox gözəl gözrünürsünüz, yoxsa aşiq olmuşunuz" sualına cavab verib:

"Əslində həyatımda yeni heç nə baş verməyib. Nə dünyaya uşaq gətirmişəm, nə də ərə getmişəm. Adətən qadını belə şeylər xoşbəxt edir. Mən isə həyatımda sevilən ana, qadın və sənət adamı kimi xoşbəxtəm. Baxmayaraq ki, birdən-birə pandemiya dövrü başladı və bu sənət aləminə ciddi ziyan vurdu, sarsıtdı. Amma yenə də tamaşaçı öz sənətkarını axtarır".

T.Ağayeva bir müddət əvvəl "Məşhurluqdan iyrənirəm" sözlərinə aydınlıq gətirib:

"Məşhurluğa hərdən nifrət etmişəm. Daha doğrusu, kulis arxasında arzuolunmaz hadisələr görmüşəm. Demişəm, mən niyə buradayam? Zamanında dəyərli bəstəkarlar demişdi ki, sənə çətin olacaq. Görəcəyin hadisələrdən fərqlisən. Kamerada bir, arxada başqadılar. Mən musiqini səhnədə ifa edən artistəm, həyatda yox. Artist ola bilmirəm, alınmır məndə".


Etiketlər:  Qadını ərə getmək xoşbəxt edir Tünzalə Ağayeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ