Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)

Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)

Tarix: 3 Dekabr 2020 22:09

Bakı. Samir Əli - Trend:

Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” fəaliyyətə başlayıb. Qrup üzvləri şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda reydlər keçirərək, burada xüsusi karantin rejimi qaydalarına hansı səviyyədə əməl edilməsini yoxlayırlar.

Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı idarələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, həmçinin binaların mütəmadi dezinfesiya edilib-edilməməsi yoxlanılır.

Qrup üzvləri gün ərzində Gəncədəki bəzi tibb müəssisələri, mədəniyyət ocaqları, hazırlıq kursları, iri marketlər, mağazalar, poçt və gidər müəssisələrdə olublar. Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən 106 nəfər qanunamüvafiq qaydada cərimə edilib, 17 nəfərə isə şifahi xəbərdarlıq olunub.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər davam edir.

Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO) - Gallery Image Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO) - Gallery Image Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO) - Gallery Image Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO) - Gallery Image


Etiketlər:  Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ