Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 07:04
Bakı. Trend:
Braziliya Parlamentinin Yuxarı Palatasının İnsan Hüquqları Komissiyası "xarici müdaxilənin qarşısını almaq" üçün ölkənin nüvə silahına sahib olma ehtimalını nəzərdən keçirəcək.
Trend-in məlumatına görə, bu barədə Federal senatın mətbuat xidməti bildirib.
Bildirilib ki, oktyabr ayının ortalarında qanunverici orqanın informasiya sistemində aşağıdakı məzmunda mülki qanunvericilik təşəbbüsü qeydə alındı: "Milli ərazimizə xarici müdaxilənin qarşısını almaq üçün Braziliya Silahlı Qüvvələrinin atom bombasına ehtiyacı var".
2 Noyabr tarixinə qədər petisiya 20 min nəfər tərəfindən dəstəkləndi, bundan sonra reqlamentə uyğun olaraq petisiya sonrakı baxılması üçün cavabdeh millət vəkilin təyin edəcəyi profil komissiyasına göndərildi. Həmin təşəbbüş qəbul ediləcəyi təqdirdə, müvafiq qanun layihəsi hazırlanacaq.