Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2019 23:48
Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiya tətbiq etməməsi qərarını alqışlayır.
Trend-in məlumatına görə, Rusiya Federasiyası Dövlət Duması çərşənbə axşamı keçirilən iclasda hökumətə Gürcüstanla bağlı xüsusi iqtisadi tədbirlərin tətbiq olunmasının mümkünlüyünü nəzərdən keçirməsini və prezidentə müvafiq təklifləri təqdim etməyi təklif edib. Lakin, Putin iqtisadi məhdudiyyətlər tətbiq etmək fikrini dəstəkləməyib.
Baxtadze deyib: "Təbii ki, bu qərar yaxşı qərardır və alqışlanır. Mənim şəxsi mövqeyim belədir, xalqlar arasında münasibətlərdə heç bir maneə olmamalıdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin