Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hələ gəncəm” - Mourinyo

“Hələ gəncəm” - Mourinyo

Tarix: 4 Dekabr 2020 18:14

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo karyerasını bitirəcəyi tarixə aydınlıq gətirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 57 yaşlı portuqaliyalı hələ 15 ilə yaxın çalışmaq fikrindədir.

Bunu Mourinyonun özü açıqlayıb: "İndi 57 yaşım var. Məşqçi üçün hələ gəncəm. Bundan sonra 10-15 il işləsəm çalışsam, təəccüblənmərəm. Uğur və uğurlu karyerası arasında nəhəng fərq var. Uğur anidir. İstedadla da bağlı ola bilər, lazımi vaxtda, lazımi yerdə olmaqla da. Uğurlu karyera daimi işləmək üzərində qurulub. Mən də həmişə bunu istəmişəm. Bu, mənim qanımdadır. Ola bilər ki, mənim barədə belə düşünmürlər. Amma mən daim nə isə öyrənməyə və daha yaxşı olmağa çalışan biriyəm. 10-20 il əvvəlki ilə müqayisədə daha yaxşıyam".

Milli.Az


Etiketlər:  Hələ gəncəm Mourinyo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ