Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 07:24
Qaysı çəyirdəyi çıxarılmış ərik qurusudur. Qaysını hazılamaq üçün ərik yuylur, çəyirdəyi çıxarılır, çox da qaynar olmayan günəş şüaları altında 7-8 gün ərzində qurudulur. 1 kilopqram qaysı əldə eləmək üçün 4-5 kiloqram ərik lazımdIr. 100 qram əriyin tərkibində
- 215 kkal kalori
- 5,2 qram zülal
- 0,3 qram yağ
- 51 qram karbohidrat var.
Qaysını qiymətli edən onun tərkibindəki mikroelementlərin çoxluğudur. Əriyin tərkibində vitamin azdır, amma mikroelementlərin sayı-hesabı yoxdur. Əriyin tərkibində kalium, maqnium, kalsium, dəmir və fosfor var. Qaysının tərkibində, təzə əriyin tərkibindəkindən daha çox faydalı elementlər var. Qaysının tərkibi təbii turşular və pektin maddəsi ilə zəngindir, hansı ki, bu maddələr orqanizmdən ağır metalları xaric etmək qabiliyyətinə malikdir.
Gündəlik rasionda qidalara və salatlara qaysı əlavə olunarsa orqanizmdə anemiya, görmənin zəifləməsi, ürək xəstəlikləri, əzələlərdə baş verən qıcolmalar aradan qalxar. Qaysı qanda hemoqlobilinin miqdarını artırır.