Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2020 09:56
Türkiyənin Konya şəhərinin Beyşehir rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, fəhlə işləyən 21 yaşlı Sabri Çiçək 4 aydır evli olduğu 18 yaşlı Ece Çiçəki amansızlıqla qətlə yetirib.
Hadisəyə ailə münaqişəsinin səbəb olduğu qeyd edilib. Məlum olub ki, mübahisə zamanı S. Çiçək əvvəlcə arvadının boğazını kəsib. Bununla ürəyi soyumayan ər qadının bədəninin müxtəlif yerlərinə bıçaqla xəsarət yetirib.
Qətldən sonra S. Çiçək polisə təslim olub.