Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hətta yüngül keçirilsə belə koronavirus orqanizmi qocaldır

Hətta yüngül keçirilsə belə koronavirus orqanizmi qocaldır

Tarix: 5 Dekabr 2020 16:30

Yüngül formada keçirilsə belə koronavirus infeksiyası bədənin erkən yaşlanmasına gətirib çıxarır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiya Məktəbinin professoru Ança Baranova xəbərdarlıq edib.

O, noyabr ayında COVID-19-u orta və yüngül formada keçirən insanları müayinə edən bir qrup həkimin işinin nəticələrinin dərc edildiyini vurğulayıb.

"Xəstəliyi yüngül keçirən insanların 70 faizində bəzi daxili orqanların patologiyası müşahidə olunub. Amma əsas patologiya ürəklə bağlı deyil, əsasən yağlı hepatoz (qaraciyər əziyyət çəkir) və mədəaltı vəzin toxumasının yağ degenerasiyası idi. Adətən bu cür diaqnozlar 60 yaşında qoyulur, koronavirusu keçirən insanlarda isə bu göstərici 40 yaşdır", - deyə o vurğulayıb.

"Deyərdim ki, koronavirus qocalığımızı daha da yaxınlaşdırır", - deyə Baranova əlavə edib.


Etiketlər:  Hətta yüngül keçirilsə belə koronavirus orqanizmi qocaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ