Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 09:24
Bakı. Trend:
2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana xalça ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz azalaraq 4,466 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin noyabr ayında Türkiyədən Azərbaycana xalça ixracı 2019-cu ilin noyabrına nisbətən 28,8 faiz azalaraq 713 min dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən dünya bazarlarına xalça ixracı 2,315 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artıb.
Türkiyədən xalça ixracı yanvar-iyun aylarında ölkənin ümumi ixracının 1,5 faizini təşkil edib.
Son 12 ayda (noyabr 2019 - noyabr 2020) Türkiyə 2,541 milyard dollar məbləğində xalça ixrac edib.