Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 09:50
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədə hakimiyyət uğrunda güclənən mübarizədən narahatlığını bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Erməni Milli Konqresi" partiyasının mətbuat katibi Arman Musinyan "Facebook" səhifəsində yazıb.
O bildirib ki, Ter-Petrosyanın fikrincə, baş nazir Nikol Paşinyanla müxalifətin bu posta namizəd göstərdiyi Vazgen Manukyanın iradəsindən asılı olmayaraq, bu qarşıdurma hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər:
"Ter-Petrosyanın fikrincə, bu isə Ermənistan dövlətçiliyinin sonu ola bilər. O, ümid edir ki, Nikol Paşinyan və Vazgen Manukyan bu təhlükənin tam fərqinə vararaq hadisələrin gedişatından çəkinmək üçün bütün səylərini ortaya qoyacaqlar".
Qeyd edək ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefaya getməsi üçün 3 gün möhlət verib.