Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 00:32
Bakı. Trend:
Uruqvay hökuməti keçmiş prezident Tabare Vaskesin ölümü ilə əlaqədar üç günlük matəm elan edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat verib.
"Hökumət üç günlük milli matəm elan etdi. Ölkə daxilində və xaricində bütün hökumət binalarındakı bayraqlar salınacaq" - məlumatda deyilir.
"O (Vaskes), bütün Uruqvaylıların prezidenti idi. Bütün ölkə yas tutur" - Uruqvayın hazırkı prezidenti Luis Lakalye Pou mərhum barədə deyib.