Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 11:24
Cənubi Hindistanın Andhra-Pradeş ştatında 315 nəfər naməlum xəstəlikdən xəstəxanaya yerləşdirilib, bir nəfər isə ölüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, xəstəxanaya yerləşdirilənlərdən 46-sı uşaq, 70-i isə qadındır.
Xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur.
Bir çoxunda vəziyyət stabil olaraq qalır.
Xəstələrdə koronavirus aşkarlanmayıb.
"Xəstəliyin törədicisi müəyyən edilməyib", - yerli səhiyyə orqanlarının nümayəndələri bildiriblər.
Ehtimal edilir ki, havanın çirklənməsi və ya keyfiyyətsiz məhsulların istifadəsi nəticəsində kütləvi yoluxma baş verib.