Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2020 15:08
Rusiyanın Həştərxan şəhərində bir idman hovuzunda 30 nəfər hovuz suyundakı xlor konsentrasiyası səbəbindən zəhərlənib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə nümayəndəliyi məlumat yayıb.
Zəhərlənənlər arasında təxminən 20 azyaşlının olduğu qeyd olunub.
Ümumilikdə 16 nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördü isə reanimasiyadadır. Pasiyentlərin arasında 13 nəfərin 4-12 yaş arası azyaşlılardan ibarət olduğu qeyd edilib.
Digər zərərçəkənlər təxliyyə edilib. Əməliyyat qrupu tərəfindən hadisə yerində yoxlama aparılır.