Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 10:39
Bakı. Samir Əli - Trend:
Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən ölkə ərazisində görülən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 16 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.
Onlardan 13 nəfəri yaşadığı evə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 13 nəfər barəsində cinayət işi başlanıb.