Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqonun yeni rəhbəri o ola bilər

Pentaqonun yeni rəhbəri o ola bilər

Tarix: 8 Dekabr 2020 11:08

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Müdafiə Nazirliyinə (Pentaqon) keçmiş Mərkəzi Qüvvələr (CENTCOM) komandiri, istefada olan general Lloyd Austini namizəd göstərəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qərb KİV orqanları məlumat yayıb. Qeyd olunub ki, Bayden cümə günü seçəcəyi şəxs barədə ictimaiyyəti məlumatlandıracaq.

Qeyd edək ki, Austin 2016-cı ildə təqaüdə çıxıb və "Raytheon" müdafiə şirkətinin idarə heyətinin üzvü olaraq fəaliyyət göstərib.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Mark Esper 2020-ci ilin 9 noyabrında vəzifəsindən azad edilib.

Milli.Az


Etiketlər:  Pentaqonun yeni rəhbəri bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ