Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 15:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Ölkə üzrə COVİD-19-a ümumi yoluxmaların 52 faizi Bakının payına düşür.
Trend-in məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, koronavirusdan sağalanların sayında artım var: “Amma daha vacib olan aktiv xəstə sayıdır. Bu gün belə xəstələrin sayı 59 min nəfəri keçib. Bu da səhiyyə sisteminin təzyiqə düşməsi deməkdir. Mart-aprel aylarında maksimal 5000 test həyata keçirdiksə, bu gün bu rəqəm 20 mini keçib”.