Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda reyd - VİDEO - FOTO

Sumqayıtda reyd - VİDEO - FOTO

Tarix: 8 Dekabr 2020 16:04

Sumqayıtda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər davam etdirilir. Demək olar ki, hər gün keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq, onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, tibbi maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilir. Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək cərimələnirlər.

Reyd zamanı, həmçinin ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq olunub.

Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə profilaktik söhbətlər aparılaraq, pandemiya ilə mübarizənin vacibliyi onlara izah edilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronovirusla mübarizədə müəyyənləşdirilən qaydalara əməl olunmasını xahiş və tələb edir.

Milli.Az


Etiketlər:  Sumqayıtda reyd VİDEO FOTO


RƏYLƏR