Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bill Qeyts pandemiyanın bir sıra ölkələrdə sona çatacağı tarixi açıqladı - VİDEO

Bill Qeyts pandemiyanın bir sıra ölkələrdə sona çatacağı tarixi açıqladı - VİDEO

Tarix: 9 Dekabr 2020 10:08

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts 2021-ci ildə dünya ölkələrinə yeni koronavirus əleyhinə mümkün qədər çox peyvənd paylamağı planlaşdırdıqlarını bildirib.

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

"Pandemiya 2022-ci ildə hətta inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndin bərabər paylanmasını təmin etməliyik", - deyə o qeyd edib.

"Mikrosoft"un qurucusu Sinqapurdakı koronavirus peyvəndi ilə əlaqədar "Fintech" festivalından da danışıb. Bill Qeyts 6 fərqli koronavirus peyvəndinin lazımi təsdiqləri alacağını və vaksinlərin 2021-ci ilin yazına qədər paylanılmağa hazır olacağını gözləyir. O, güman edir ki, "Pfizer-BioNTech" peyvəndi yaxın aylarda təsdiqlənəcək. Habelə "Moderna", "AstraZeneca", "Johnson Johnson" və "Novavax" tərəfindən hazırlanan peyvəndlər də istifadə üçün təsdiqini alacaqlar.

Gələn il mümkün qədər çox peyvəndi paylamağı hədəf seçdiklərini deyən Qeyts iddia edib ki, pandemiya 2 il sonra pandemiya bir çox ölkələrdə başa çatacaq: "Beləliklə, pandemiya 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Varlı olmağınıza görə peyvəndə əl çatan olmanızı təyin etməməlisiniz. Peyvənd bərabər paylanılmalıdır".

"Bill Melinda Gates" Fondu artıq "AstraZeneca" peyvəndini mümkün qədər çox insana paylamaq üçün Hindistanın dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutu ilə əməkdaşlığa başlayıb. Qeyts "Novavax" peyvəndi üçün Serum ilə oxşar əməkdaşlığa başlayacaqlarını açıqlayıb. O, habelə "Johnson Johnson" şirkətinin peyvəndi üçün başqa bir istehsalçı ilə görüşdüyünü bildirib.


Etiketlər:  Bill Qeyts pandemiyanın sıra ölkələrdə sona çatacağı tarixi açıqladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ