Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çoban Xanışın şəhid nəvələri: Elgün və Altay qardaşları (FOTO)

Çoban Xanışın şəhid nəvələri: Elgün və Altay qardaşları (FOTO)

Tarix: 9 Dekabr 2020 16:33

Bakı. Ceyhun Ələkbərov - Trend:

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı.

Trend-in məlumatına görə, onlardan biriləri də Lerikdən olan, bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhur olan, "çoban Xanış" kimi tanınan mərhum Xanış Şahıyev nəvələri Elgün və Altay qardaşları oldu.

Müharibənin ilk günlərindən döyüşən qardaşlar, fəallıqları ilə seçiliblər. Müharibədə şücaətlik göstərək şəhid adını qardaşlardan ilk Elgün alıb. O sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk şəhidi olub.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu olan qardaşı, 20 yaşlı Altay qardaşının şəhid olduğunu eşitsə də, döyüş yoldaşlarını tək qoymamaq üçün Elgünün dəfnində iştirak etməyib.

Ona dəfn üçün məzuniyyət versələr də, o, bu təklifdən imtina edib.

Qardaşının ölümündən bir ay sonra, Altay özü də şəhidlik zirvəsinə ucalıb. O, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar.

Çoban Xanışın şəhid nəvələri: Elgün və Altay qardaşları (FOTO) - Gallery Image Çoban Xanışın şəhid nəvələri: Elgün və Altay qardaşları (FOTO) - Gallery Image


Etiketlər:  Çoban Xanışın şəhid nəvələri Elgün Altay qardaşları FOTO


RƏYLƏR