Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 09:24
PSJ futbolçusu Neymarla yeni müqavilə bağlamaq üçün razılığa gələ bilmir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu haqda "La Parisien" nəşri məlumat yayıb. Klubun 28 yaşlı hücumçu ilə danışıqlarda irəliləyiş əldə etmədiyi bildirilib.
Braziliyalı oyunçu Paris klubunda xoşbəxtdir. Lakin, o, paytaxt təmsilçisinin bir neçə il rəqabət aparacaq bir klub olacağına dair təminat almasa, müqavilə imzalamayacaq.
Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı sözləşməsinin müddəti 2022-ci ilin yayına qədərdir.