Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin qaydalarını pozan idman zalı aşkarlanıb

Karantin qaydalarını pozan idman zalı aşkarlanıb

Tarix: 11 Dekabr 2020 17:56

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə həmin idman zalını işlədən Z.Kamranlı 400 manat, orada məşq etməklə karantin qaydalarını pozan digər 3 nəfər isə 200 manat məbləğində cərimə olunublar.


Etiketlər:  Karantin qaydalarını pozan idman zalı aşkarlanıb


RƏYLƏR