Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya Kubokunda yarışacaq yunan-Roma güləşçilərimiz bilindi

Dünya Kubokunda yarışacaq yunan-Roma güləşçilərimiz bilindi

Tarix: 12 Dekabr 2020 08:28

Bu gün güləş üzrə Fərdi Dünya Kubokuna start veriləcək.

Serbiyanın paytaxtı Belqradda keçiriləcək yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ölkəmizi güləşin bu növündə Eldəniz Əzizli (-55 kq), Nihat Məmmədli (-60 kq), Taleh Məmmədov (-63 kq), İslambəy Dadov (-67 kq), Ülvi Qənizadə (-72 kq), Sənan Süleymanov (-77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (-130 kq) təmsil edəcək.

Bu gün güləşin bu növü üzrə bütün çəkilərdə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

-55 kq
1/8 final: Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya)

-60 kq
1/8 final: Nihat Məmmədli - Viktor Çyobanu (Moldova)

-63 kq
1/8 final: Taleh Məmmədov - Aleksey Masik (Ukrayna)

-67 kq
Təsnifat: İslambəy Dadov - Ruben Marvike (İtaliya)

-72 kq
1/8 final: Ülvi Qənizadə - İbrahim Qanem (Fransa)

-77 kq
Təsnifat: Sənan Süleymanov - Paskal Eysele (Almaniya)

-87 kq
1/8 final: İslam Abbasov - Bəşir Sid Azara (Əlcəzair)

-130 kq
1/8 final: Beka Kandelaki - Alin Kyuraryu (Rumıniya)

Qeyd edək ki, Fərdi Dünya Kubokunda Azərbaycandan I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

Milli.Az


Etiketlər:  Dünya Kubokunda yarışacaq yunan Roma güləşçilərimiz bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ