Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 10:40
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") ölkədə qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edib.
Fonddan Sonxeber.net-a verilən məlumata görə, gələn ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood" beynəlxalq qida sərgisi keçiriləcək.
Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və "Azpromo"nun rəsmi internet səhifələrində əldə etmək olar.