Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 11:22
Rusiyada 20 gün ərzində 100 mindən çox əsgərə koronavirus peyvəndi tətbiq ediləcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Sergey Şovqu bir neçə gün öncə orduda kütləvi vaksin vurulma prosesinin başlandığını, 2500-dən çox əsgərə Rusiya istehsalı olan "Sputnik V" peyvəndinin vurulduğunu açıqlayıb.
Nazirliyin sözçüsü İqor Konaşenkov isə qeyd edib ki, peyvəndin əsgərlərə vurulması üçün 300 nəfərdən ibarət səhiyyə qrupu yaradılıb: "Rusiya müdafiə naziri Sergey Şoyqunun təsdiqinə və planına görə, 2020-ci ilin sonunadək 100 min əsgərə vaksin vurulacaq".
Qeyd edək ki, Rusiyada peyvəndin vurulması ötən gündən başlayıb və 150 mindən çox mülki şəxsə tətbiq edilib.