Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 14:54
Türkiyə koronavirus peyvəndinin tətbiqinə 25 dekabrda başlayacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Çinlə bağlanan müqaviləyə əsasən, ölkənin aldığı 10 milyon vaksinin ilk olaraq 5 milyon vətəndaşa vurulması üçün hazırlıqlar başlayıb.
Səhiyyə Nazirliyi bütün səhiyyə müəssisələrinə peyvənd vurulacaq şəxslərin siyahısını tərtib etmələrini xahiş edən bir məktub da göndərib. Onlar əvvəllər xəstəliyi olmayan insanlar arasından seçiləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz vaksinlərini ən geci aprel ayında tətbiq edəcəklərini açıqlamışdı