Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 22:51
Noyabrın 30-u Ümumdünya Ev Heyvanları Günüdür. Belə bir günün təsis edilməsi ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb. Həkim-pediatr Günay Rəsulova uşaqlar və ev heyvanları, ev heyvanlarının uşaqlara təsiri ilə bağlı fikirlərini açıqlayıb.
Sonxeber.net e-tibb.az-a istinadən həkimin fikirlərini təqdim edir:
Ev heyvanları uşaqlar üçün əla oyun yoldaşıdır. Həmçinin uşaqlarda məsuliyyət hissinin güclənməsinə, daha diqqətli, qayğıkeş və sevgi dolu olmalarına kömək edir. Ev heyvanı ilə böyüyən uşaqlarda daha çox sosial bacarıq, daha sürətli inkişaf və yaxşı yaddaş olur. Ev heyvanları uşaqları passiv həyat tərzindən xilas edir, onları daha hərəkətli, emosional, eyni zamanda sakit və xoşbəxt fərdə çevirir.
Diqqət etməyimiz vacib nüanslar:
-Uşaq olan evdəki heyvanları vaxtı vaxtında müayinə etdirmək, peyvəndlərini vurdurmaq, düzgün qulluq etmək, heyvanları təmiz saxlamaq çox vacibdir.
-Uşaqların heyvanla təmasına müəyyən qaydalara əməl etməklə ən tez 2 yaşından sonra icazə verin.
-Xroniki bronx-ağciyər, allergik xəstəlikləri olan uşaqları ev heyvanları ilə təmasdan qoruyun.
- Ev heyvanı ilə təmasdan sonra uşaqda öskürmə, gözdə, burunda, dəridə qaşınma,səpgi, göz sulanması, asqırma tutmaları, qıcıqlandırıcı, boğucu öskürək kimi narahatlıqlar əmələ gələrsə bu təması təcili və birdəfəlik kəsin.
-Sevimli ev heyvanına bağlanan uşağın fərqli səbəblərdən heyvandan ayrılması onun üçün psixoloji travma olacağını da nəzərə almaqla, bu prosesə əvvəlcədən onu hazırlamaq, lazım gələrsə psixoloq yardımı almağı da təxirə salmayın.