Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 11:50
Bu gecə Ermənistan paytaxtında gərginlik pik həddə çatıb.
Sonxeber.net Modern.az-a istinadən bildirir ki, İrəvan küçələrində helikopter və tanklar gözə dəyib. Əhali nəyin baş verdiyini anlamasa da baş nazir Nikol Paşinyanın rəqibləri bunu xalqa qarşı "əzələ nümayişi" kimi qiymətləndirib.
"Vətəndaş şüuru" ictimai təşkilatının sədri Vahan Qriqoryan isə bildirib ki, bu addım dəlilikdir:
"Bu heç də yaxşı addım deyil. Dəli və ağlını itirmiş baş nazir helikopter və tankları küçələrə töküb".
Qeyd edək ki, fotolardan görünən Mİ-24 döyüş təyyarəsidir. Onun etiraz aksiyalarının keçirildiyi prospektə hansı məqsədlə gətirildiyi hələlik məlum deyil.