Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla göz problemləri arasında əlaqə müəyyən olunub

Koronavirusla göz problemləri arasında əlaqə müəyyən olunub

Tarix: 13 Dekabr 2020 16:18

Göz ağrısı koronavirusun başlanğıc əlamətlərindən biridir və xəstəliyin erkən mərhələsini göstərə bilər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, göz iltihabı ilə koronavirus arasında əlaqə Britaniyanın Anqlia Raskin Universitetinin (ARU) alimləri tərəfindən araşdırılıb. Tədqiqatın nəticələri "BMJ Open Oftalmologiya" jurnalında dərc edilib.

Həkimlər koronavirus xəstələri arasında sorğu keçirərək, koronavirusun erkən simptomlarının siyahısını hazırlayıb.

Koronavirus xəstələrinin 81 faizi erkən mərhələdə göz problemlərindən narahat olduqlarını qeyd ediblər. Onların 18 faizi fotofobiyadan (işıq həssasiyyəti), 17 faizi qaşıntıdan, 16 faizi gözdəki ağrılardan şikayət edib.

Respondentlərin sözlərinə görə, bu simptomlar iki həftəyə qədər davam edib.

Tədqiqatçılar göz ağrısının COVID-19 simptomları siyahısına daxil edilməsinin vacibliyini vurğulayıblar. Onların fikrincə, göz simptomlarının tədqiqi, COVID-19-un insan orqanizminə girməsinin mümkün yolunu göstərməyə və onun yayılma yollarını izləməyə imkan verir.


Etiketlər:  Koronavirusla göz problemləri arasında əlaqə müəyyən olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ