Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata səhvən öz oğlunu güllələdi

Ata səhvən öz oğlunu güllələdi

Tarix: 14 Dekabr 2020 07:50

ABŞ-ın Ohayo ştatındakı Eliria şəhərində yaşayan ovçu 28 yaşlı oğlunu maralla qarışdıraraq səhvən öldürüb.

Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı "The Columbus Dispatch" yayıb.

Məlumata görə, 63 yaşlı Bradli Smit oğlu Endryu və dostları ilə birlikdə maral ovuna çıxıb. Kişilər təcrübəli ovçular olublar və son 20 ildə mütəmadi olaraq ova çıxırmışlar.

Hadisə yerli vaxtla 17:45 radələrində baş verib. Alaqaranlıqda ovçular narıncı ov geyimlərini geyinərək ova çıxıblar. Endryu ov paltarının geyinməyi unudub və atası təsadüfən ona tərəf atəş açıb. Endryu yerindəcə ölüb.

Mərhumun atasına qarşı ittiham irəli sürülməyib. Çünki Endryu ova çıxarkən təhlükəsizlik qaydalarını pozub və xüsusi geyimi geyinməyib. (publika.az)


Etiketlər:  səhvən oğlunu güllələdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ