Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 12:27
Bakı. Samir Əli - Trend:
Bu il 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib.
Trend- in məlumatına görə, bunu Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, nazirlik həmçinin şəhid ailələrinə psixoloji yardım göstərilir:
"Bununla yanaşı, erməni təcavüzü nəticəsində təsərrüfatına ziyan dəyən ailələrə də dəstək layihəsi həyata keçirilir. Həmin ailələrin özünü məşğulluğu ilə bağlı tədbirlər görülür".