Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BP və tərəfdaşlarının daha bir təhsilə dəstək layihəsi yekunlaşıb

BP və tərəfdaşlarının daha bir təhsilə dəstək layihəsi yekunlaşıb

Tarix: 14 Dekabr 2020 15:33

Bakı. Trend:

BP və tərəfdaşları Azərbaycanda təhsilin inkişafına dəstək çərçivəsində iri sosial layihələr həyata keçirməkdə davam edir. Dekabrın 14-də təhsilə dəstək yönümündə daha bir layihə - “Ümumtəhsil müəssisələrində informatika təmayüllü siniflərin təşkili” layihəsi uğurla yekunlaşıb.

Trend xəbər verir ki, BP və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, “TPAO”, “Petronas”, “MOL”, “LUKoil”, “Nico”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC”, “Itochu”, “ONGC”, “Total”, “Eni” Azərbaycanda yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək məqsədli üçillik layihə həyata keçirib. Layihə BP və tərəfdaşlarının təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib.

Layihənin məqsədi orta məktəblərin yuxarı sinif şagirdlərinə müasir və rəqabətədavamlı informatika bilikləri və bacarıqları aşılamaq və beləliklə, onların yeni qlobal informasiya iqtisadiyyatına inteqrasiyasına kömək etmək olub. Layihədə nəzərdə tutulmuş bütün iş həcmi uğurla yerinə yetirilib və nəticədə orta məktəblərin 10-cu və 11-ci sinif şagirdləri üçün informatika fənni üzrə beynəlxalq standartlara əsaslanan kurikulum hazırlanıb və tətbiq edilib, yeni kurikulumun tətbiqi üçün 10-cu və 11-ci siniflər üzrə yeni dərs və tədris vəsaitləri hazırlanıb, informatika fənninin tədrisinin keyfiyyətini artırmaq məqsədilə yuxarı sinif müəllimlərinə müvafiq təlimlər keçilib.


Etiketlər:  tərəfdaşlarının daha təhsilə dəstək layihəsi yekunlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ