Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da ata səhvən öz oğlunu güllələdi

ABŞ-da ata səhvən öz oğlunu güllələdi

Tarix: 14 Dekabr 2020 16:00

ABŞ-ın Ohayo ştatındakı Eliria şəhərində yaşayan ovçu 28 yaşlı oğlunu maralla qarışdıraraq səhvən öldürüb.

Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki,  63 yaşlı Bradley Smith oğlu Andrey və dostları ilə birlikdə maral ovuna çıxıb. Kişilər təcrübəli ovçular olublar və son 20 ildə mütəmadi olaraq ova çıxırmışlar.

Hadisə yerli vaxtla 17:45 radələrində baş verib. Alaqaranlıqda ovçular narıncı ov geyimlərini geyinərək ova çıxıblar. Andrey ov paltarının geyinməyi unudub və atası təsadüfən ona tərəf atəş açıb. Andrey yerindəcə ölüb.

Mərhumun atasına qarşı ittiham irəli sürülməyib. Çünki Andrey ova çıxarkən təhlükəsizlik qaydalarını pozub və xüsusi geyimi geyinməyib.


Etiketlər:  ABŞ səhvən oğlunu güllələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ