Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İRSİCA: Ksenofobiya dinlər arasında dialoqun inkişafına ciddi təhdiddir

İRSİCA: Ksenofobiya dinlər arasında dialoqun inkişafına ciddi təhdiddir

Tarix: 11 Iyul 2019 13:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Qloballaşma dövründə ksenofobiya mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdiddir.

Trend-in məlumatına görə, bunu İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRSİCA) Baş direktoru Halit Eren "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda deyib.

Onun sözlərinə görə, təhdidə meyl dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlıq, dialoq, əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır: "Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Azərbaycan İslam dünyasının bir parçası olduğundan onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə Azərbaycanla bağlı olduğundan belə bir tədbirin Bakıda reallaşması məqsədəuyğundur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İRSİCA Ksenofobiya dinlər arasında dialoqun inkişafına ciddi təhdiddir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ