Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan ölən hərbçilərin analarına və həyat yoldaşlarına hücum edir

Paşinyan ölən hərbçilərin analarına və həyat yoldaşlarına hücum edir

Tarix: 15 Dekabr 2020 15:02

Baş nazir Nikol Paşinyanın himayəsi altında fəaliyyət göstərən "feyklər" hər nə qədər ölən hərbçilərin analarını və dul qalan həyat yoldaşlarını nüfuzdan salmağa çalışsalar da, bunu edə bilməyəcəklər.

Sonxeber.net erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda "Bizə yoxluq verməyin" ictimai təşkilatının rəhbəri, yoldaşı müharibədə ölən Satik Xlgatyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Düşündüm ki, heç olmasa bir dəfə özünüzü bir insan kimi sübut edəcəksiz və "feyk"lərinizə tapşıracaqsız ki, ölənlərin ailələrini rahat buraxsınlar. Ancaq qara geyinmiş anaların dəyərini bilmirsiz", - Satenik Xlgatyan baş nazirə müraciət edib.

O, oğlunun yaralandığını və bacılarının oğullarının müharibədə öldüyünü bildirib.

"Baş nazirin yalnız 3 aydan sonra yadına düşdü ki, o "Yerablur" hərbi panteonu (hərbçilərin qəbirisanlığı) ziyarət edə bilər. Hərbi panteonda, demək olar ki, bütün cənazələrdə iştirak etdim və heç kimin gəlib ölənlərin valideynlərinin əllərini sıxan görmədim. O deyə bilərdi ki, oğlunuz torpaqları təhvil verə biləcəyim üçün öldü. Üzr istəyə bilərdi ki, oğlunuz mən sakitcə torpağı təhvil verim deyə öldü", - Satenik Xlgatyan dedi.

Aslan Məmmədov


Etiketlər:  Paşinyan ölən hərbçilərin analarına həyat yoldaşlarına hücum edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ