Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada əlavə reallığa malik kontakt linzaları yaradılacaq

Yaponiyada əlavə reallığa malik kontakt linzaları yaradılacaq

Tarix: 15 Dekabr 2020 19:40

Yaponiyanın "Menicon" kontakt linzalar istehsalçısı "Mojo Vision" şirkəti ilə əlavə reallıq sisteminə malik kontakt linzalarının hazırlanmasına dair saziş imzalayıb.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hazırda "Mojo Vision" əlavə reallıq sistemli ilk "ağıllı" kontakt linzalarının hazırlanması ilə məşğuldur. Saziş çərçivəsində şirkətlər tərəfindən ilk növbədə yeni məhsulun istehsal imkanının qiymətləndirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılır.
 
Bu ilin əvvəlində "Mojo Vision" "B" seriyasının maliyyələşdirilməsi mərhələsində 51 milyon dollar cəlb edib. Əldə edilən investisiyalar və "A" seriyasının maliyyələşdirilməsi nəzərə alınaraq şirkət "Mojo Lens" linzasında istifadə edilən texnologiyanın yaradılmasına 159 milyon dollar ayırıb.
 
Məlumata görə, "Mojo Vision" linzanın yaradılması üçün dünyanın ən kiçik "MicroLED" displeyi kimi bir neçə mütərəqqi texnologiya hazırlayıb. O, linzanın mərkəzinə quraşdırılıb və tor qişasının qarşısında yerləşir.
 
"Mojo Lens" linzası skleral tipli kontakt linzasının əsasında yaradılıb. Ona kiçik biotəhlükəsiz batareya, göz izləmə kameraları və görüntü sensorları kimi komponentlər quraşdırılacaq.
 
Hazırda hazırlanma mərhələsində olan "Mojo Lens" texnologiyasının satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir. Şirkət texnologiyanın tibbi məqsədlər üçün istifadəsi məqsədilə ABŞ-ın Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi (Food and Drug Administration, FDA) ilə əməkdaşlıq edir.
 


Etiketlər:  Yaponiyada əlavə reallığa malik kontakt linzaları yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ