Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 09:30
Məlum olduğu kimi dünəndən etibarən Bakı şəhərinin giriş-çıxışında karantin postları qurulub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, postlarda polis əməkdaşları bütün nəqliyyat vasitələrini saxlayaraq sürücülərin sənədlərini yoxlayırlar.
Ələt qəsəbəsində qurulan karantin postunda da nəqliyyat vasitələri yoxlanılır.
Nəzarət zamanı icazəsi olmayan, amma Bakıya daxil olmaq istəyən sürücülər aşkarlanıb və onlar geri qaytarılıb.
Ərazidə xidmət aparan polis əməkdaşları sürücülərə bir daha xəbərdarlıq edərək bildiriblər ki, bütün görülən tədbirlər yalnız vətəndaşları qorumaq üçündür.
Qeyd edək ki, Yol polisi, Çevik Polis Alayı və Daxili Qoşunların hərbçiləri 24 saat bu postlarda xidmət aparılar. Qadağa gələn ilin 18 yanvar tarixinə kimi davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: