Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 11:24
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir sıra əməkdaşlarına general-mayor rütbəsi verilib.
General-mayor rütbəsi verilən şəxslər arasında polkovnik Elçin Şirxan oğlu Adıgözəlov da var. E. Adıgözəlov bir sıra rayonlarda prokuror işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur.
Qeyd edək ki, Şirxan Adıögözəlovun Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yaxın dostluq münasibətləri olub.