Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leyla Abdullayeva: Yalnız işğal olunmuş ərazilərin azad olunması hər iki icmanın hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər

Leyla Abdullayeva: Yalnız işğal olunmuş ərazilərin azad olunması hər iki icmanın hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər

Tarix: 11 Iyul 2019 18:12

Bakı. Trend:

Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal Nazirlər görüşündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması məsələsini qeyd edib.

Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Trend-ə açıqlama verib.

L.Abdullayeva bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistan naziri əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir:

"İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz.

Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Leyla Abdullayeva Yalnız işğal olunmuş ərazilərin azad olunması hər icmanın hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ