Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 21:16
ABŞ-dan olan mühəndislər daxilinə həşərat mənşəli qoxu orqanının yerləşdirməklə dron yaradıb. Dron həmin orqanın köməyi ilə qoxuları ayırd edir və havada qoxu duyumuna uyğun olaraq hərkət edir. Bəs görəsən qoxu duyumunun robotun işində nə kimi faydası ola bilər? Misal göstərərək, qaz sızıntısıni, partlayıcı maddələri, yeni başlayan yanğınlari və ya dağıntılar altında sağ qalan insanların aşkar edilməsini qeyd etmək olar.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, insan tərəfindən hazırlanan kimyəvi sensorlar, milyonlarla il ərzində neçə-neçə təkamül mərhələsi keçmiş heyvanların qoxu alma orqanları ilə rəqabət apara bilməz. Tədqiqatçılar fövqəladə yoldan istifadə edərək, böcəyin qoxu hiss orqanini drona daxil etməyi qərara alıb. Yeni sistemə "Smelkopter" (Smellicopte) adı verilib. Dörd pərdən ibarət bu dron insan ovucuna sığır. Alimlər dronu (Manduca sexta) kəpənəyinin qoxu orqanı ilə təchiz edib. Bu qoxu bilmə orqanıdır və kəpənəkdən ayrıldıqdan sonra 4 saat müddətində fəaliyyət göstərə bilir. Havada müəyyən maddələrin olmasına reaksiya verərək, elektrik siqnalı yaradır, lakin siqnallar bu dəfə kəpənəyin sinir sisteminə deyil, PUA-nın kompyuterinə daxil olur. Miniatür axtarış dronu xilasedicilərin sadiq köməkçisi ola bilər.