Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 11:56
Dünən İraqın Baş naziri Mustafa əl-Kazıminin Türkiyəyə rəsmi səfəri zamanı maraqlı anlar yaşanıb. Belə ki, təkbətək görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Baş nazirə jest edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İraq rəsmisi Beştəpədəki Cümhuriyyət Sarayına gəlib. Ərdoğan rəsmi qarşılama mərasimi zamanı onun köynəyinin yaxalığını səliqəyə salmağa çalışıb.
Həmin görüntülər dünən sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biri olub.