Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 12:32
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandasının heyətində 300-cü oyununu keçirib.
Bu yubiley Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib.
“Partizani” ilə Tiranada keçirilən qarşılaşma 37 yaşlı müdafiəçinin “Qarabağ”da 300-cü matçı olub. Bunadək Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqasında üst-üstə keçirdiyi 299 oyunda 14 qol vuran “14 nömrə”nin yubileyi 0:0 hesablı heç-heçə ilə başa çatıb. “Qarabağ”da 2009-cu ildə debüt edən R.Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.
Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən “Qarabağ”ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu – Qara Qarayev də “300”ü arxada qoyanlar arasındadır. “Doqquzluq”da yeganə legioner Ansi Aqollidir.(APA)
“Qarabağ”da 300 və daha çox oyun keçirənlər