Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 10:46
Ermənistanda dövlət idarəetmə sisteminin çöküşü yalnız ölkədaxili siyasətin nəticəsi deyil.
Sonxeber.net erməni KİV-lərinə istinadən xəbər verir ki, belə bir fikri informasiya təhlükəsizliyi sahəsində mütəxəssis, media eksperti Samvel Martirosyan səsləndirib.
"Bu fonda erməni cəmiyyətinin müəyyən bir hissəsi Azərbaycan məlumatlarına inanmağa başlayır və bu meyl zaman keçdikcə dərinləşir. Əsas səbəb dövlət aparatının informasiya çöküşüdür, nəticədə vətəndaşlarımız ən yaxşı halda qarışıq, parçalanmış, gecikmiş məlumatlar alırlar", - o deyib.
Bu fonda mütəxəssis insanların alternativ məlumat mənbələri tapmağa çalışmalarını olduqca təbii hesab edir: "Bu mərhələdə iki mənbə var: Rus və Azərbaycan. Bu arada, məlumat sahəsi yalnız hər şeyin, ölkədəki qalan proseslərin əlavəsidir".
Martirosyan vurğulayıb ki, bu gün Ermənistan dövləti xaosa gətirib çıxaran təhlükəsizliyin təmin edilməsi üzrə prioritet funksiyalarını yerinə yetirmir. Xüsusilə cəmiyyətin rəsmi məlumatlara qarşı, onsuz da, kifayət qədər qərəzli münasibətinin fonunda.
"Bu vəziyyət, hərbi əməliyyatların dayandırılmasına dair Sazişin ziddiyyətli məzmununa, bu sənəddən əvvəlki günlərdə yayılan məlumatlara görədir. Bu, rəsmi məlumat mənbələrinə xalqın inam səviyyəsinin aşağı düşməsinə səbəb oldu", - Media mütəxəssisi öz sözlərini belə yekunlaşdırıb.
Aslan Məmmədov