Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 09:50
"Kənddən şəhərə" qış yarmarkası fəaliyyətə başlayıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Bakı və Abşeronda 3 ünvanda fəaliyyət göstərən yarmarkaya əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer öz məhsullarını çıxarıb.
Açılışda iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd bayram ərəfəsində bazarda məhsul bolluğu yaratmaq, eyni zamanda fermerlər üçün alternativ satış kanalı formalaşdırmaqdır.
Yarmarkada satış qiymətlərinə nazirlik tərəfindən nəzarət olunur. Üstəlik, yarmarkanın girişinə üzərində qiymətlərin əks olunduğu elektron lövhə quraşdırılıb.
Qiymətlər barədə alıcıların fikri isə birmənalı deyil.
Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.
Qeyd edək ki, yarmarka dekabrın 31-dək davam edəcək.