Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 08:56
Vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən bəzi hərbçilərə aylıq 360 manat veriləcək. Söhbət sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş şəxslərdən gedir.
Sonxeber.net azsabah.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan F.Ağamalı söyləyib ki, sözügedən hərbçilərə hər ay üçün (oktyabr, noyabr, dekabr ayları üçün-red) 360 manat ödəniləcək. Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq.
Millət vəkili deyib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb.
Onun sözlərinə görə, dekabrdan sonra da hərbi xidmətini davam etdirən hərbçilərə hər ay üçün 360 manatın ödənilməsi davam etdriləcək.