Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 11:50
Ən böyük arzusu sərhədlərimizi bütöv görmək olub Habilin. Sərhəd Qoşunlarında bölük komandiri işləyib. Xudafərin körpüsünə gedən ilk hərbçilərdən olub. Vətən müharibəsi boyunca xüsusi şücaətilə fərqlənib, hətta növbəti hərbi rütbəni döyüşlərin gedişi zamanı alıb...
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Habilin anası Məlahət müəllimə öz oğlu haqda onun döyüş yoldaşlarından eşidib. İndi gözləri dolaraq, qürurla bəhs edir balasından.
"Mənim oğlum düşməndən qəhrəmanlıqla aldığı yüksəkliyə bayraq kimi sancıldı" deyir atası. "Mən onu inadından döndərə bilmədim, Vətəni bütöv görmək onun ən böyük arzusuydu"...
O yüksəkliyə Habilin adı verilir. İndi onun bütün müharibə boyu sinəsi üstündə daşıdığı bayrağı həmin yüksəklikdə, "Habil yüksəkliyi"ndə dalğalanır. Şəhid komandir Habil Əbdürrəhimov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Gün gələcək, biz hamımız Zəhra kimi körpələrin əlindən tutub birlikdə qalxacağıq o zirvələrə. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: