Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir sıra ixtisasların qrupu dəyişdirilir - DİM-dən abituriyentlərə müraciət

Bir sıra ixtisasların qrupu dəyişdirilir - DİM-dən abituriyentlərə müraciət

Tarix: 23 Dekabr 2020 14:00

"Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

DİM-dən Milli.Az-a verilən məlumata görə, qərar layihəsində "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının ali təhsil müəssisələrindəki tədris planları və qəbul imtahanlarında ixtisas qruplarına aid olan fənlər üzrə tələb olunan bilik və bacarıqlar nəzərə alınaraq 2021-ci ildən etibarən II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdirilməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Bir sıra ixtisasların qrupu dəyişdirilir DİM dən abituriyentlərə müraciət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ